Qarpızlı moxito

Qarpızlı moxito

Ərzaqlar:
Şirəli qarpız dilimləri – 700 qr.
Təzə alma şirəsi – 1 st.
Laym – 2 ədəd
Nanə — 3-4 saplaq
Şəkər tozu – 2 ç.q.

Hazırlanması:
Qarpız dilimlərinin tumu çıxarılır. 3-4 saplaq nanə yarpaqları doğranılır. Bir ədəd laymın şirəsi sıxılır. Qarpız alma şirəsi ilə birgə blenderdə çalınır və laym şirəsi ilə nanə bura qatılır.

Kokteyl qədəhlərinin kənarları su ilə isladılır və üzü aşağı şəkər tozunun üzərinə basılır ki, şəkər kənarına yapışsın. Qarpızlı qarışıq ehtiyatla qədəhə boşaldılır. Kənarına nanə yarpağı və bir-iki dilim laym qoyulur.
Top