Göbələkli plov

Göbələkli plov

İnqridientlər:
1 stəkan düyü
250 qram göbələk
1 ədəd soğan
2 xörək qaşığı kərə yağı
1 dəstə şüyüd
2 çay qaşığı şəkər tozu
2 stəkan qaynar su.

Hazırlanması:
1stəkan düyü yuyulur və ilıq,duzlu suda saxlanılır. Soğan kərə yağında yüngül qovrulur,üzərinə suyu süzülmüş düyü,duz və şəkər tozu əlavə edilib 2-3 dəqiqə yağda qovrulur.Sonra 2 stəkan qaynar su əlavə edilib qarışdırılır.Qazanın qapağı örtülüb zəif xodda suyu çəkilənə qədər bişirilir.

Göbələklər yuyulub kub şəklində doğranır,kərə yağında qovrulur,yumşalana qədər bişirilməyə qoyulur.Bişdikdən sonra göbələklərin suyu süzülür.

Suyu çəkilən plov odun üstündən götürülür, xırda doğranmış şüyüd və göbələklər əlavə edilərək qarışdırılır.Sonra qazanın üstü adyalla örtülür və 15 dəqiqə dəmlənməyə qoyulur. Nuş olsun!
Top