Qatı əriştə şorbası

Qatı əriştə şorbası

Ərzaqlar:
Toyuq – 1 kq.
İri baş soğan – 1 ədəd
Kök – 1 ədəd
Yaşıl bolqar bibəri – 2 ədəd
Badımcan – 1ədəd
Qırmız pomidor – 4 ədəd
Kəskin acika – 1 ç.q.
Sarımsaq – 2 diş
Göyərti – cəfəri, şüyüd, keşniş
Duz – istiot
Zirə (ədviyyat) – 0,5 ç.q.
Bitki yağı – 3 x.q.
Əriştə.

Hazırlanması:
Toyuq ətini orta ölçülü tikələrə bölürsünüz.Tavaya bitki yağı töküb toyuq ətini pörtlədirsiniz. Sonra qazana yığıb, üzərinə 3,5 l su töküb qaynadırsınız. O qaynayana kimi tavada soğan, pomidor və kökü qovurursunuz. Tavanı oddan götürüb acikanı da üzərinə əlavə edirsiniz.

Daha sonra qaynayan bulyonun içinə doğranmış bolqar bibəri, badımcan və xırdalanmış sarımsağı əlavə edib 7 dəqiqə bişirirsiniz. Sonra tavadakı qızardılmış soğan-kök-pomidor üçlüyünü əlavə edib daha 10 dəqiqə bişirirsiniz. Sonda göyərtini və ədviyyatı da vurub oddan götürürsünüz. Şorba hazır...yox, yox! Əriştə qaldı axı. Əriştəmizi ayrıca qazanda qaynadırıq, onu şorbanın içinə tökmürük. Sadəcə boşqaba qoyuruq və üzərinə dadlı şorbamızı əlavə edirik. Nuş olsun!
Top