Ərzaqlar:
Quru lobya 1 stəkan
Qırmızı soğan 1 ədəd
Qoz ləpəsi 1 stəkan
3-4 diş sarımsaq
Acı bibər 1 ədəd
Zeytun yağı 0,5 stəkan
Cəfəri yarpaqlar
Nar 1 ədəd
Limon suyu 1/2
Ədviyyat: qara və qırmızı toz bibər, xmeli suneli, duz.
Hazırlanması:
Hazırlamağa başlamazdan əvvəl lobyanı suda təxmini 5 saat isladırıq. 1,5 saat ərzində bişirdikdən sonra suyunu süzürük. Bişmiş lobyanı dərin bir qaba yığırıq. Üzərinə xırda doğranmış soğanı, əzilmiş sarımsağı tökürük.
Qozu ya həvəngdə, ya da blenderdə əzirik. Yaxşı olar ki, qoz ləpələri çox da əzilməsin. Əzilmiş qozu və 1 ədəd nar dənələrini lobyaya əlavə edirik. Xırda doğranmış cəfərinin yarpaqlarını və ədviyyatları da salata əlavə edirik. 1/2 limonun suyunu və zeytun yağını tökürük. Dadlı və faydalı salatımız hazırdır!
Nuş olsun.