Ərzaqlar:
Mal əti qabırğası və ya döş əti – 1 kq.
Yumru düyü – 1 st.
Su – 1,5 – 2 litr
Baş soğan – 5 ədəd
Cəfəri – 1 dəstə
Sarımsaq – 3-4 diş
Qurudulmuş alça – 6-7 ədəd və ya pomidor – 4-5 ədəd
Duz-istiot
Dəfnə yarpağı – 2 ədəd
Üyüdülmüş qoz – 1 st.
Gürcü ədviyyatları: keşniş, xmeli-suneli, zəfəran – hər birindən – 0,5 ç.q.
Hazırlanması:
Əti tikələrə bölürsünüz, qazana atıb üzərinə soyuq su əlavə edirsiniz və bişməyə qoyursunuz. Ətin kəfini yığmağı unutmayın. 2 saat sonra — ət tam hazır olandan sonra onun üzərinə yaxşıca yuyulmuş düyünü, doğranmış soğanı, qurudulmuş alça və qozu əlavə edirsiniz. Daha sonra qazana ədviyyatları da tökürsünüz. Düyü tam bişəndən sonra xırdlanmış sarımsağı, dəfnə yarpağını və cəfərini də əlavə edirsiz. Şorbamız hazır, odu söndürə bilərsiniz. Soyuq havalarda sizi isidəcək inanılmaz ləzzətli və ətirli bir şorba alındı. Nuş olsun.