Acika – gürcü mətbəxinə aid çox ləzzətli sousdur. Ondan quş və ya mal əti ilə hazırlanan yeməklərdə istifadə edilir. O qədər dadlıdır ki, hətta yanında heç bir şey olmasa da çörəyə çəkib yemək olar.
Lazım olacaq ərzaqlar (təxminən 0,5 litr olmaqla 6 banka)
Pomidor – 2 kq.
Bolqar bibəri (qırmızı olsa daha yaxşı) – 1 kq.
Alma (turş) – 500 qr.
Yerkökü – 500 qr.
Sarımsaq – 200 qr.
Acı bibər (çox acını sevmirsizsə, daha az istifadə edin) – 100 qr.
Günəbaxan yağı – 200 ml. (1 stəkan)
Duz — istiot (zövqə görə).
Hazırlanma qaydası:
Əvvəlcə yaxşı yuyulmuş tərəvəzlərin qabığını təmizləyirsiniz. (Kiçik məsləhət: pomidorun qabığını soymazdan öncə onu qaynayan suya salın. Belə halda onun qabığı daha asanlıqla soyulur) Qabıqdan təmizlənmiş tərəvəzləri ya ətçəkən maşından, ya da blenderdən keçirin. Sonra duz, istiot və günəbaxan yağını əlavə edib yaxşıca qarışdırın. Arabir qarışdıraraq 2,5 saat qaynatmaq lazımdır. Evdə olan hər kəs alma acikasının qoxusundan və dadından heyrətə gələcək. Nuş olsun!
sufrem.az