Ərzaqlar:
4 tikə 160 qr. can əti,
250 qr. dana əti sümüyü,
50 qr. hisə verilmiş donuz piyi (şpik),
150 qr. qaz qaraciyəri,
150 qr. göbələk (şampinyon),
50 qr. baş soğan,
150qr. təzə bibər,
100 qr. təzə pomidor,
150qr. yaşıl noxud,
10 qr. üyüdülmüş qırmızı bibər,
duz.
Hazırlanması:
Xırda doğranmış soğanı bitki yağında qovururuq. Üstünə qırmızı istiot səpirik, 0.5 l. su tökürük,duzlayırıq, kəsilmiş sümüyü qoyuruq. Təxminən 20 dəqiqə pötrləyib, sümükləri çıxardırıq və bulyonusüzgəcdən keçiririk.
Doğranmış donuz piyini bir az qızardırıq. İçinə kubik şəklində doğranmışşampinyon, təzə bibər, pomidor, qaz qaraciyəri və yaşıl noxud əlavə edirik və hamısını birlikdə qızardırıq.
Qovurmadan tökməni əlavə edirik, duzlayırıq, və hamısını birlikdə qaynadırık. Duzlanmışcan ətini yaribişmiş vəziyyətinədək (bir az qanla) qızardırıq. Süfrəyə verilərkən üstünə raqu tökürük.Qarnir: düyü və qızardılmış kartof.
Mənbə: «Azərbaycan-Macarıstan mətbəxi» kitabı.
Kitab 2014-cü ildə Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr edilib.