Ərzaqlar:
150 qr. kolbasa,
250 qr. hisəverilmiş donuz budu,
150 qr. quru lobya,
150qr. kök,
50 qr. cəfəri kökü,
50 qr. kərəviz kökü,
80 qr. baş soğan,
1 diş sarımsağ,
50 qr. çəkilmiş qırmızı bibər,
50 qr. un,
50 qr. bitki yağı,
200 qr. xama,
cəfəri dəstəsi,
20 qr. duz.
“Çipetke” üçün:
1 yumurta,
50 qr. un,
duz.
Hazırlanması:
Lobyanı hazırlıqdan qabaq isladırıq. Xırda doğranmış soğanı bitki yağda pörtlədirik, sonra çəkilmişqırmızı bibəri üstünə səpir və su əlavə edirik. Donuz budunu bir saat ərzində bişiririk. Lobya, əzilmişsarımsağ əlavə edib təxminən olaraq yarım saat bişiririk, sonra küp şəklində doğranmış kök, kərəvəz,cəfəri dəstəsini və kökünü əlavə edirik. Zövqə görə duz əlavə edirik (hisə verilmiş ətin duzluluğundanasılı olaraq). Qalan yağ və undan qatılaşdırıcı düzəldirik (unu bir az yağda qızardırıq), xırda doğranmışcəfəri və çəkilmiş qırmızı bibəri əlavə edirik.
Bir az soyuq su töküb qarışdırıriq, xama əlavə edirik vəyenidən yaxşıcasına qarışdırırıq (şorba parçalar olmadan, hamar alınmalıdir). Lobya bişən kimi ətiçıxardırıq və şorbanı tədricən qarışdıraraq qatılaşdırıcını, dilim doğranmış kolbasanı, küp şəklindədoğranmış donuz baldırı əlavə edirik və qaynamasını gözləyirik.
“Çipetke”: bərk bir xəmir düzəldirik, 2-3 mm. qalınlıqda yayırıq və barmaqları unun içinə batıraraq, balaca (bir noxud ölçüsündə) xəmir dənəciklərini düzəldirik, qaynamış şorbanın içinə atırıq və3 dəqiqəlik bişiririk.
Mənbə: «Azərbaycan-Macarıstan mətbəxi» kitabı.
Kitab 2014-cü ildə Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr edilib.