Ərzaqlar:
400 qr. mal budu (sümüksüz),
50 qr. bitki yağı,
orta boy soğan,
1 dişsarımsaq,
2 ədəd pomidor,
2 ədəd şirinbibər,
600 qr. kartof,
1,5 l. ət və yasümük bulyonu,
bir dəstə kərəviz,
1 qr. üyüdülmüş acı qırmızı bibər,
cirə,
duz,
50 qr. lobya şorbası
Hazırlanması:
Əti damardan təmizləyirik və kubik şəklində (1x1 sm) doğrayırıq. Xirda doğranmış soğanı bitki yağında qızıl rəngədək qovurub, içinə əzilmiş sarımsaq və təzə üyüdülmüş cirə əlavə edirik. Qırmızı istiotsəpirik, duzlayırıq, əti əlavə edib onu qızardırıq. Qapaq altında bişiririk və periodik olaraq bir az sümük bulyonu əlavə edirik.
Kartofu həmçinin kubik şəklində doğrayırıq və ət bişən kimi kartof, doğranmış bibər, pomidor (əvvəlcədən qabığı soyulmuş), və bir dəstə kərəviz əlavə edirik. Bulyonu qatırıq və hazır olanadək bişiririk. Evdə hazırlanmış “çipetke” qoyuruq (Lobya şorbası) və süfrəyə verilməzdən əvvəl kərəvəzi çıxardırıq.
Mənbə: «Azərbaycan-Macarıstan mətbəxi» kitabı. Kitab 2014-cü ildə Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr edilib.