Ərzaqlar:
- 0,4 kq donuz ətinin qiyməsi (yarısı danaəti ola bilər),
- 0,15 kq hisə verilmiş donuz bekonu,
- 0.1 kq düyü,
- 0,2 kq duzlu kələm yarpaqları,
- 1 kq duzlu kələm,
- 3 qaşıq bitki yağı,
- 0.03 kq un,
- 140 g pomidor sousu,
- 1 orta soğan,
- 1 ədəd yumurta,
- zövqə görə duz,
- zövqə görə qara bibər,
- zövqə görə bibər.
Hazırlanması:
Qiymənin içinə pörtlənmiş düyü, sonra pörtlənmiş soğan, duz, üyüdülmüş qara bibər, qırmızı bibərəlavə edirik və hamısını yaxşı qarışdırırıq. İçlik daha az qatı olması üçün bir yumurta qoymaq olar. 8-10 ədəd kələm yarpaqlarını qiymə ilə aşağıdakı kimi doldurur: yarpağı ovucun üstünə qoyub, sonrayarpağın ortasına bir qaşıq qiymə qoyuruq və bükürük. Yarpaın aşağıdakı hissəsini bükürük, sonra yantərəfləri sıx qatlayırıq və sonunda yuxarı hissəsi barmaqla dürtürük (istifadədən qabaq kələmin dadınabaxın, əgər o çox turş olarsa su altında yuya bilərsiniz). Tavada yağ və unu qarışdırırıq, içinə pomidor puresi və su əlavə edib qaynadırıq.
Böyük tavanın içinə kələm dolmasını və bekon tikələrini qoyuruq, üstünə hazırlanmış pomidor sousu tökürük və kələm dolması su ilə ortülməsinə qədər su əlavə edirik. Bundan sonra vam odda hazır olanadək bişiririk. Süfrəyə xama ilə verilir və çörək ilə yeyilir.
Mənbə: «Azərbaycan-Macarıstan mətbəxi» kitabı.
Kitab 2014-cü ildə Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr edilib.