Esterhazi tortu

Esterhazi tortu

Esterhazi tortuXəmir üçün:
  • 10 ədəd yumurta ağı,
  • 300 qr. şəkər,
  • 350 qr. qoz,
  • bir az duz.

Krem üçün:
  • 2 çay qaşığı brendi,
  • 3 yemək qaşığı un,
  • 0,25 ml süd,
  • 2 qutu vanil şəkəri,
  • 5 ədəd yumurta sarısı,
  • 50 qr. şəkər,
  • 300 qr. yağ.

Üst qatı bəzəmək üçün:
  • 100 qr. tünd şokolad,
  • 50 qr. ağ şokolad.

Hazırlanması:
Təmizlənmiş qozu sobaya qoyuruq (160 °C) və bir az qızardırıq, və xırda üyüdürük.Sobanı 200 dərəcəyədək qızdırırıq, həmin vaxt yumurta ağını çalırıq və içinə şəkər əlavə edirik. Çalınmış köpüyün içinə üyüdülmüş qoz və bir az duz əlavə edirik. Sonra xəmirimizi götürüb ondan 5ədəd diametri 20 sm olan qat düzəldirik. Qatlar hazır olan kimi kremi hazırlamağa başlayırıq.

Südü götürüb brendi ilə qarışdırırıq, sonra şəkər əlavə edib orta odda qızdırırıq. Yumurta sarısını yaxşıcaunla qarışdırıb və ehtiyatla tədricən südün içinə töküb qatı olanadək qarışdırırıq. Qarışıq qaynamamalıdır!Yağı otaq temperaturunda 20 dəqiqəlik qoyuruq, sonra onu çalıb soyuq yumurta kremilə qarışdırırıq.Sonunda tortu düzəldib, içliyi həm də yan tərəflərinə çəkirik. Üst qatını əridilmiş tünd şokoladla örtürükvə əridilmiş ağ şokoladla bəzəyirik. Tortu bəzəyəndən sonra onu bir neçə saatlıq soyuducuya qoyuruq.

Mənbə: «Azərbaycan-Macarıstan mətbəxi» kitabı.
Kitab 2014-cü ildə Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr edilib.
Top