Künəfə resepti

Künəfə resepti

Ərzaqlar: kunəfə resepti
Tel kadayif (marketdə satılır) – 250 qr.
Künəfə pendiri (marketdə olur) – 150 qr.
Kərə yağı – 4 x.q.
Doşab (bəkməz) – 1 ç.q.

Şərbət üçün:
Su – 2 st.
Şəkər tozu – 2 st.
Limon şirəsi – 1 ç.q.

Üstü üçün:
Üyüdülmüş püstə Qaymaq və ya dondurma

Hazırlanması: Əvvəlcə şərbəti hazırlayaq: şəkər tozunu bir qazana tökürük, üzərinə su alıb odun üzərinə qoyuruq. Qaynayan zaman limon şirəsini əlavə edib, qarışdırırıq, 5-10 dəqiqə qaynayandan sonra oddan götürürük ki, soyusun.

Otaq temperaturunda olan kərə yağı ilə doşab (bəkməz) qarışdırılır. Künəfə üçün olan xüsusi aliminium tava varsa, o, yoxdursa da adi teflon tava yağlanır. Hazır kadayiflər əllə bir qədər ovulur, ya da bıçaqla xırdalanır, kərə yağı və bəkməz qarışığı kadayiflərin üzərinə əlavə edilir, qarışdırılır. Xəmiri iki hissəyə ayırırıq. Birinci hissəni tavanın dibinə səririk. Üzərini boşqab arxası ilə yaxşıca basırıq ki, kadayiflər yastılansın.

Sonra üzərinə pendir dilimlərini düzürük. Qalan kadayiflər pendirlərin üstündən sərilir və basılır. Beləcə, künəfəmiz vam oda (ən zəif odun) üzərinə qoyulur, altı qızaran kimi səliqə ilə çevrilir ki, o biri üzü də qızarsın. Beləcə, desertin hər iki üzü qızardısa, oddan götürürük və qaynar halda üzərinə soyuq şərbəti gəzdiririk.

Qeydlər: Künəfənin şərbətini bişəndən 1 dəqiqə sonra tökün; Bu desert üçün xüsusi duzsuz künəfə pendiri var ki, ondan istifadə edin. Tapa bilməsəz, başqa pendir vura bilərsiz, amma unutmayın ki, dadı eyni olmayacaq.
Top