Qulyaş resepti

Qulyaş resepti

QulyaşƏrzaqlar:
Mal əti – 0,5 kq.
Soğan – 1 baş
Kök – 1 ədəd
Un – 1 x.q.
Tomat pastası – 1 ç.q.
Dəfnə yarpağı – 1 ədəd
Bitki yağı – 50 ml.
Duz, istiot – zövqə görə. 

Hazırlanması:
Ət xırda tikələrə bölünür. Tavada soğan nazik, xırda doğranmış köklə birgə yağda bir az pörtlədilir. Ət bura əlavə olunub qarışdırılır, bir az yağ əlavə olunub, orta odda öz suyunda 5-6 dəqiqə bişirilir. Sonra 1 stəkan su əlavə edib, qapağı aralı qoyub, vam odda ət tam yumşalana kimi bişirilir. Hazır olmağa 10 dəqiqə qalmış duz, istiot səpilir, qazana dəfnə yarpağı atılır.

Ət azı 1 saat ərzində bişir. Çalışın tam bişənə kimi bulyon ətin üzərini az da olsa örtsün. Ayrıca yarım stəkan isti suda 1 çay qaşığı tomat pastası və un tam həll edilir. Un düyünlü qalmamalıdır. İndi qazandakı qulyaşı qarışdıra-qarışdıra tomatlı su ora tədricən əlavə olunur. Qulyaş göz önündə qatılaşacaq. 5 dəqiqə də belə bişirib, qazanı götürün. Əgər qulyaş çox qatı alınsa, bir az su qata bilərsiz. Nuş olsun!
Top