Ərzaqlar:
Toyuq bulyonu – 1 l.
Toyuğun döş əti – 300 qr.
Uzun düyü – 80 qr.
Kəvər soğanı – 100 qr.
Krem pendir – 100 qr.
Kərə yağı – 2 x.q.
Təzə cəfəri – yarım dəstə
Qara istiot – bir çimdik
Duz – zövqə görə
Hazırlanması:
Toyuğun döş əti xırdalanır, üzərinə su alınır və bişənə kimi qaynadılır. Tavada kərə yağı isidilir, xırdalanmış kəvər soğanı və bişmiş file bura tökülür, azca qızarana kimi qovrulur. Bulyon qaynar hala gətirilir, içinə yuyulmuş düyü və sapla bağlanmış yarım dəstə cəfəri buraxılır. 10 dəqiqə qaynadılır.
Üzərinə qızardılmış file, kəvər soğanı tökülür, duz – istiot səpilir. Daha 5 dəqiqə qaynadılır. Cəfəri qazandan çıxarılır və krem pendir şorbaya əlavə edilir. Yaxşıca qarışdırılır ki, pendir tam həll olsun. Qaynatmayın, dərhal oddan götürün. Süfrəyə verən zaman şorbanın üzərinə xırda doğranmış şüyüd səpə bilərsiniz. Nuş olsun!