İçindəkilər:
- 150 qr. çiyələk
- 150 qr. ağ üzüm
- 2 ədəd kivi
- 1 ədəd banan
- 1 ananas
- 1 ədəd portağal
- 1 x.q. bal
Hazırlanması:
1. Çiyələkləri yuyun, yaşıl hissəsini təmizləyin, 4 hissəyə bölün. Kivinin qabığını soyun, 4 hissəyə bölün.
Ananası soyun, bir hissəsini dilimləyin, bir hissəsinin də suyunu çəkin.
2. Portağalı soyun, 4 hissəyə bölün.
3. Dərin qabda bütün meyvələri qarışdırın. Ananas suyunu və balı əlavə edin.
4. Qarışdırın və süfrəyə verin.
Nuş olsun!
P.S: 4 nəfərlik / 15 dəqiqə hazırlama müddəti