Badamlı peçenye

Badamlı peçenye

İnqridientlər:
1 stəkan yarım un
1 stəkan şəkər tozu
150 qr badam içi
1 stəkan kərə yağı
3 yumurta ağı
1 çay qaşığı qabartma tozu
1 çimdik duz

Hazırlanması:
Soba 180 dərəcə qızdırılır. Badamlar mətbəx robotunda tamam üyüdülür. Otaq istiliyində yumşalmış kərə yağı ilə şəkər tozu krem halına gələnə qədər çırpılır. İçinə yumurta ağı əlavə olunub çırılpmağa davam edilir.
Qatı krem halına gəlincə içinə ələnmiş un, qabartma tozu, duz, üyüdülmüş badam əlavə olunur və taxta qaşıqla qarışdırılır. Üzərinə yağlı kağız qoyulmuş soba qabına qaşıqla bir-birindən aralı şəkildə qoyulur və üstləri qızarana qədər bişirilir.

Nuş olsun!
Top