Falafel

Falafel

Tərkibi:
2 stəkan bişmiş noxud
6 diş sarımsaq
2 ədəd soğan
1 stəkan doğranmış cəfəri
1 stəkan doğranmış keşniş
1 çay qaşığı duz
¼ xörək qaşığı qırmızı çili bibəri
1 xörək qaşığı üyüdülmüş keşniş toxumu
2 xörək qaşığı düyü unu
2 xörək qaşığı duru yağ

Hazırlanma qaydası:
noxudu axşamdan suda isladın, səhər yaxşı yuyub bişirin. Soğan, sarımsaq və göyərtini xırda şəkildə doğrayın. Göyərti, bişmiş noxud, sarımsaq, soğan və ədviyyatları ətçəkən maşın və ya blenderdən keçirin. Alınan qarışığı kiçik dairəciklər şəklinə salın, un qarışığı bu formaya salmağa kömək edəcək.

Daha sonra sobada 180 dərəcədə dairəciklərin üzəri qızarana qədər saxlayın. Sobada hazırlanan falafel tavada hazırlananla müqayisədə daha sağlam və dietik hesab olunur. Lakin siz original reseptə görə tavada da hazırlaya bilərsiniz.

Falafeli süfrəyə lavaş, taxini sousu ilə və ya müxtəlif yeməklərə qarnir kimi əlavə edə bilərsiniz.
Top