Dünyanın 7 möcüzəsindən birinin sirri açıldı

Dünyanın 7 möcüzəsindən birinin sirri açıldı

Çin səddinin uzunömürlülüyünün səbəbi bilindi.Bununla da zəlzələyə davamlı binaların tikintisi üçün yeni üsul kəşf edilib.
Çinin Zhejiand Universitetinin kimyaçı professoru Zhang Binjianın bununla bağlı məqaləsi Amerika Kimya Cəmiyyətinin jurnalında dərc olunub.
Professorun araşdırmaları zamanı məlum olub ki, Çin səddinin tikintisi zamanı düyü unu və yandırılmış kirəcin tozundan istifadə olunub. Yapışqan xüsusiyyətə malik düyü unu daş parçalarını son dərəcədə möhkəm şəkildə saxlayır və düyü ununun tərkibindəki amilopektin maddəsi divarın çox yerində hələ də çöl bitkilərinin böyüməsinin belə qarşısını alır. Bu səbəbdən də bu günə qədər uçmamış divarlar əzəmətlə durmaqda davam edir.
O da məlum olub ki, Çində Ming sülaləsinin hökmdarlığı dönəmində, 1368-1644-cü illərdə inşa edilən türbə və qüllələrin tikintisində də düyü unundan istifadə olunub. Bunun sayəsində həmin tikintilər zəlzələyə davamlılıqları ilə seçilib. Zhang Binjian seysmik zonalardakı tikililərdə gələcəkdə düyü unundan istifadənin tətbiqini də təklif edib.
Top