UXA bişirməyi bacarmaq hər ananın borcudur. Uşaqlarınıza balıq şorbası yedizdirin və buna bütün ailənizi alışdırın. Klassik, sadə semqa balığından uxa reseptini təqdim edirik:
Ərzaqlar:
Semqa file – 350 qr.
Kartof – 500 qr.
Baş soğan – 2 ədəd
Kök – 2 ədəd
Sarımsaq – 2 diş
Tomat pastası – 2 x.q.
Duz, istiot
Dəfnə yarpağı – 3 ədəd
Göyərti – zövqə görə
Hazırlanması:
Semqa filesini orta tikələrə bölün, kartof kub formada doğranılır. Qazana su əlavə edib, isinən kimi balıq və kartofu töküb, dəfnə yarpaqlarını əlavə edib, orta odda 30 dəqiqə bişirin. Soğanı da kub kimi doğrayın.
Tavada az yağda qızardın. Bura xırda doğranmış kökü əlavə edib, bişirin, 5 dəq. sonra tomat pastası qatıb, qarışdırın və 3-4 dəqiqə bişirin. Tavadakı soğançanı bişən şorbaya qatıb qarışdırın, duz, istiot səpin.
Süfrəyə verəndə üzərinə göyərti səpin.
sufrem.az