Ərzaqlar:
Un – 500 qr.
Şəkər – 200 qr.
Yumurta – 2 ədəd
Bal – 100 qr.
Kərə yağı – 300 qr.
Soda – 2 ç.q.
Qaynadılmış squşenka – 400 qr.
Hazırlanması:
Şəkər tozu yumurtalarla çalınır. Yumşalmış 100 qr. kərə yağına bal qatılıb, əridilir. Bura soda əlavə edib, zəif odda karamel rəngi alana kimi bişirilir. Odun üzərindən götürüb, qarışdıra qarışdıra bura yumurtalı kütlə əlavə olunur.
Daha sonra un qatılıb, xəmir yoğrulur. Orta bərklikdə, elastik xəmir alınmalıdır. Xəmiri 6 bərabər kündəyə bölürük. Hər kündəni dairəvi yayıb, formaya qoyuruq.
170 dərəcədə 3-4 dəqiqə bişirilir. Beləcə 6 dairənin hamısı bişirilir. Bişmiş biskvitin üzərinə iri boşqab qoyub dairə kəsir, kənardan qalmış biskviti isə ovxalayıb xırdalayırıq. Biskvitlərin üzərini təmiz dəsmalla bağlayıb, kremi hazırlayırıq. Qaynadılmış squşenkanı 200 qr. kərə yağə ilə qarışdırıb, mikserlə çalın.
Bu kremlə biskvit laylarının arasını kremləyib, hər layın arasına ovuntu səpirsiz. Tortun üzərini və kənarlarını da kremlə hamarlayıb, ovuntu səpib bəzəyirsiz. Beləcə parlaq kürən rəngli tortunuz hazırdır.