Tərkibi:
250 qr yaşıl zeytun
150 qr qara zeytun
6-7 ədəd qurudulmuş pomidor (yoxdursa təzə pomidordan da istifadə etmək olar)
Cəfəri
Nanə
Ağ küncüt
Zeytun yağı
Nar
Qoz ləpəsi
Limon
Hazırlanması:
İlk öncə quru pomidorları kasada isti suda bir az saxlayın. Zeytunların çəyirdəyini çıxarın və iki yerə bölün. Pomidorların suyunu süzüb iri-iri doğrayın. Bir ovuc ləpəni iri şəkildə doğrayın. Sonra bir çimdik cəfəri, bir ovuc təzə nanə, bir çay qaşığı ağ küncüt, bir az nar dənəsi əlavə edin. Üzərinə zeytun yağı və limon sousu gəzdirib qarışdırın. Zeytunların duzu kifayət qədər olduğundan əlavə duz vurmağa ehtiyac yoxdur.
Nuş olsun!