Tərkibi:
300 qr bişmiş toyuq filesi
50 qr un
2 ədəd yumurta
150 qr süd
50 qr orta yağlığı olan bərk pendir
1/2 çay qaşığı qabartma tozu
zövqə görə ədviyyatlar ( qara istiot, karri)
duz
Hazırlanma qaydası:
Öncə toyuq filesini xırda doğrayın. Bir qabda yumurta, duz və südü çırpın, üzərinə un,qabartma tozu və ədviyyatlar əlavə edib duru xəmir əldə edin. Xəmirə xırda toyuq tikələrini və rəndələnmiş pendiri əlavə edin. Yaxşı qarışdırın və bişirəcəyiniz formaya tökün. 200 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə üzəri qızaranadək bişirin. Bu piroqu həm sobada, həm də multivarkada bişirə bilərsiniz. Nuş olsun!