Çuğundur turşusu

Çuğundur turşusu

İnqridientlər:
1 kq çuğundur
1 ədəd qırmızı soğan
3 stəkan sirkə
2 xörək qaşığı duz
2-3 diş sarımsaq
2 çay qaşığı
istiot
1 çay qaşığı keşniş toxumu

Hazırlanması:
Çuğundurları yuyun və qabıqlarını nazik şəkildə soyaraq, kub şəklində doğrayın. Daha sonra soğanı halqavari doğrayın. Sarımsaqları isə soyaraq bütöv saxlayın. Orta ölçülü bir ləyəndə çuğundurların üzərinə az miqdarda çıxacaq qədər su tökün. Turşunu hazırlayarkən həmin sudan istifadə edəcəyiniz üçün 5-10 dəqiqə çuğundurlarla birlikdə qaynayan bu suyu atmayın.

Bir az yumşalan çuğundurları süzərək ayrı bir qaba yığın, suyuna isə duz və sirkə əlavə edib qarışdırın. Daha sonra şüşə balona sarımsaq, soğan, keşniş toxumu və istiotu qoyun. Daha sonra isə çuğundurları əlavə edin. Sonda isə üzərinə su ilə qarışımı tökərək balonun qapağını möhkəm bağlayın. Günəş tutmayan yerdə 6-7 gün mühafizə etdikdən sonra yeyə bilərsiniz. Nuş olsun!
Top