Qış şorbası

Qış şorbası

Tərkibi:
1 ovuc bulqur
1 ovuc mərci
1 ədəd kartof
1 ədəd soğan
1 ədəd kök
1 çay qaşığı istiot
1 çay qaşığı sarıkök
2 xörək qaşığı zeytun yağı
1 ədəd qırmızı bibər.

Hazırlanması:
Qış şorbasının hazırlanması olduqca sadədir. Burada tək diqqət ediləcək məqam odur ki, bir neçə ərzağın bir yerdə yaxşıca bişirilməsidir. Yuyulub təmizlənmiş kartofu, kökü, mərci və bulquru bir qazanın içərisinə qoyun. Üzərini keçəcək miqdarda su əlavə edin və ocağa qoyun.

Qazanın içərisindəki ərzaqlar yumşaldıqda ocaqdan götürün. Sonra mətbəx robotu ilə əzin. Ayrı bir tavanın içərisinə bol zeytun yağı tökün və xırda doğranmış soğanları əlavə edin. Soğanları qovurduqdan sonra içinə istiot, sarıkök və doğranmış qırmızı bibəri əlavə edib yaxşıca qarışdırın və şorbaya əlavə edin. Üzərinə cəfəri doğrayıb servis edə bilərsiniz. Nuş olsun!
Top