Çin börəyi

Çin börəyi

Lazım olan ərzaqlar.
1 ədəd lavaş
6 xörək qaşığı çox incə doğranmış kələm
1 ədəd soğan
1 ədəd kök
1,5 xörək qaşığı maye yağ
4 xörək qaşığı soya filizi
1 xörək qaşığı duz
 
Hazırlanması:
Bitki yağı geniş bir tavada qızdırın. Kələm, incə doğranmış soğan, rəndələnmiş yerkökü, soya sousu və duz əlavə edib 5 dəqiqə qovurun. Lavaşı dörd bərabər üçbucaq parçaya bölün. Hazırladığınız içliyi lavaşları geniş tərəfinə yayın. Qalın siqaret börəyi şəklində bükün. Börəklərin hər iki tərəfini də qızdırılmış bol bitki yağda qızardın. Süfrəyə isti təqdim edin. Nuş olsun!
Top