Lazım olanlar:
1 ədəd toyuq
İçi üçün:
1 stəkan yarım düyü
2 ədəd soğan
2 stəkan isti su
2 yemək qaşığı kərə yağı
1 yemək qaşığı dolmalıq fıstıq
1 çay qaşığı darçın
1 çay qaşığı duz
1 çay qaşığı istiot
Üstü üçün:
1 yemək qaşığı kərə yağı
1 çay qaşığı limon suyu
1 çay qaşığı istiot
Hazırlanması:
Soğanı doğrayın və yağda qovurun. Daha sonra düyünü əlavə edin və 6-7 dəqiqə bişirin. Dolmalıq fıstığı, istiot, darçını əlavə edin və 3-4 dəqiqə bişirin. İsti suyu tökəndən sonra qapağını bağlayaraq, 10 dəqiqə az odda bişirin. Təmizlədiyiniz toyuğun içinə hazırladığınız plovu doldurun. Kərə yağı, limon suyu və istiotu bir qabın içərisində yaxşıca qarışdırın. Hazırladığınız qarışım ilə toyuğu yağlayın. Sobanı 180 dərəcəyə qoyub təxminən 45 dəqiqə bişirin. Plovla bərabər servis edə bilərsiniz.
Nuş olsun!