Hər bir valideynə məlumdur ki, uşaqlar eynilikdən tez yorulur və müxtəlifliyi çox sevirlər. Hər səhər eyni qəhvəaltıları etmək hətta böyüklər üçün də cansıxıcı təəssürat verir. Yəqin ki, bu səbəbdən insanların çoxu səhərlər nə yeyəcəklərinə qərar vermədiklərindən qəhvəaltını ötürməyə üstünlük verirlər.
Əksər ailələr “səhərlər tez və sağlam nə yeyək?” sualı ilə üzləşirlər. Faydalı, rəngarəng, tez və asan ərsəyə gələn səhər yeməyi bütün ailəni sevindirəcəkdir. Hazırlanması asan və az vaxt tələb etdiyindən bunu hətta atalar da edə bilərlər. Stəkanda lay-lay hazırlanan sıyıq istənilən ailə üzvünün zövqünü oxşayacaqdır.
Ekspress sıyıq üçün lazım olan ərzaqlar:
1-2 xörək qaşığı yulaf
yarım stəkan süd (inək və ya keçi)
1-2 xörək qaşığı giləmeyvə (mövsümdən asılı olaraq dondurulmuşdan da istifadə etmək olar)
müxtəlif növ toxum və tumlar (məslən, günəbaxan tumu, balqabaq tumu, küncüt toxumu, kətan toxumu, çia toxumları, razyana toxumları və s.)
zövqə görə şirin ətirli ədviyyat (məsələn, darçın, vanil, hil və s.)
zövqə görə şirinləşdirici (bal, doşab və s.)