Tərkibi:
250 qr un
3 çay qaşığı qabartma tozu
100 qr şəkər tozu
1 paket vanil
125 qr kəsmik
1 ədəd yumurta
80 ml süd
50 qr əridilmiş kərə yağı
Hazırlanma qaydası:
Öncə un, qabartma tozu və vanili ələyin. Bir qabda şəkər tozunu yumurta ağıyla çırpın. Kəsmik, süd və yağ əlavə edib yaxşıca qarışdırın. Unu da əlavə edib xəmir yoğurun. Xəmiri 6 bərabər kündələrə bölün. Hər kündəni 3 hissəyə bölün. Unlanmış masanın üzərində təxminən 20-30 sm uzunluğunda zolaqlar şəkli verin və hörün.
Yağlı kağız sərilmiş soba sinisinə düzün və 15-20 dəqiqə kənarda saxlayın. Bir qabda yumurta sarısını 1 xörək qaşığı südlə qarışdırın və hörük bulkaların üzərinə fırçayla yaxın. Bulkaların üzərinə şəkər tozu, qoz və ya küncüt səpə bilərsiniz. Kənarda gözlədilən bulkaları öncədən 180-200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Nuş olsun!