Badımcan turşusu

Badımcan turşusu

İnqridientlər:
2 kq kiçik turşuluq badımcan
1 ədəd kələm
1 ədəd kök
3 ədəd qırmızı bibər
1 dəstə kərəviz
1 dəstə cəfəri
1 stəkan sirkə
1 baş sarımsaq
1 çay qaşığı şəkər tozu
3-4 ədəd dəfnə yarpağı

Hazırlanması:
Badımcanları yuyun, sap və uc qisimlərindən bir barmaq buraxaraq ortasını ucu ilə uzununa 4 bərabər hissəyə ayırın. Duzlu suda yumşalana qədər qaynadın. Qaynama prosesi bitdikdən sonra bir qabın içinə üst-üstə yığıb, üzərinə ağır bir şey qoyun, acı suyunun çıxması üçün 3-4 saat saxlayın.

Digər ərzaqları isə yuyaraq xırda-xırda doğrayın. Doğradığınız bütün ərzaqları qarışdırın, acı suyunu buraxan badımcanların kəsdiyiniz hissəsinə doldurun və kərəviz sapı ilə bağlayaraq balona yığın. Turşunun suyunu hazırlamaq üçün balon tutacaq qədər suyun hər litrinə 1,5 yemək qaşığı iri duz töküb bu suyu qaynadın və soyuduqdan sonra sirkəni də əlavə edin. Turşunun üstünə çıxana qədər balona suyu tökün. Qapağını bərk bağlayıb, 1 ay saxlayın və artıq turşunuz yeyilməyə hazırdır. Nuş olsun!
Top