Pendirli Fransız bulkaları

Pendirli Fransız bulkaları

İnqridientlər:
4 ədəd yumurta ağı
200 qr ağ pendir
3 x/q un qızartmaq üçün bitki yağı
1 ovuc doğranmış cəfəri
duz,istiot.

Hazırlanması:
Yumurtaların ağını çırpıcı ilə qarışdıraraq, pendiri rəndələyib, üzərinə tökürük. Hazır kütləni duz və istiotlayırıq. Əlimizlə kürəciklər düzəldib, una batırırıq.

Bol yağ tökülmüş, qızdırılmış tavada hərtərəfli qızardırıq. Qızarmış kürələrin üzərinə cəfəri səpib, süfrəyə veririk. Nuş olsun!
Top