Kefirin hazırlanması

Kefirin hazırlanması

Lazım olan ərzaqlar:
1 litr süd
1 yemək qaşığı kefir mayası
Şüşə qab
Plastik süzgəc

Hazırlanması:
Əvvəl südü qaynadın və qaymağını üzərindən təmizləyin. Ardından südə kefir dənələrini əlavə edin. İstifadə etdiyiniz qabın metal olmamasına diqqət edin.

Taxta qaşıqla yaxşıca qarışdırın və qabınızın üzərini təmiz bir bezlə bağlayın. 20-25 dərəcədə qaranlıq bir mühitdə 2 günə qədər südü saxlayın.

Bu müddətdə süd mayalanacaq. Mayalanmış südü plastik bir süzgəc, ya da tənziflə süzün. İstəsəniz, kefiri bu şəkildə sadə, ya da içinə meyvə dənələri əlavə edərək içə bilərsiniz.

Kefir neçə günə yeyilməlidir?
Kefiri soyuducuda saxlaya bilərsiniz, ancaq iki gün içərisində istifadə etməlisiniz.
Kefir mayasını saxlamaq üçün müxtəlif üsullar var:
Kefir mayasını bir sonraki mayalamaya qədər saxlamaq üçün metal olmayan bir qaba qoyaraq soyuducuda saxlaya bilərsiz. Buzluqda isə 2 ay müddətində saxlamaq olar.
Kefir mayasını çox daha uzun bir müddət saxlamaq üçün quruda bilərsiniz. Bu vasitə ilə mayanı 12-18 aya kimi bir müddət qala bilər.
Top