İspanaqlı yumurta

İspanaqlı yumurta

Tərkibi:
2 ədəd yumurta
4 ədəd orta boy soğan
100 qr. qaynadılmış ispanaq
Yarım çay qaşığı qara bibər,
1 çay qaşığı duz
1 yemək qaşığı kərə yağı
2 yemək qaşığı su

Hazırlanması:
Orta boylu tavada yağ əridir. Soğan çox incə doğranır və yağa əlavə edilib bir az qızarana qədər qovrulur. Daha sonra üzərinə ispanağı qoyub soğanlarla birlikdə qovurun. Duzu və qara bibəri əlavə edin. Ispanaqlar qovrulduqdan sonra kiçik boy başqa bir tavaya boşaldın və suyu əlavə edin.

Sarılarını pozmamağa cəhd edərək 2 ədəd yumurtanı ispanaqların üzərinə qırın. Tavanın üzərini bir qapaqla bağlayıb təxminən 5-7 dəqiqə vam odda bişirin. İsti şəkildə süfrəyə verin. Nuş olsun
Top