Lobya yeməyi hər birimiz xoşlayırıq. Hələ payızda çıxan təzə lobyanın ləzzətindən doymaq olmur. Bilirik ki, lobyadan yalnız xörək bişirilmir, gözəl turşular da hazırlanır. Lobya turşusu hazırlayarkən ən əhəmiyyətli məqam onun yeyilərkən xırçıldamasıdır.
Ərzaqlar:
500 qr yaşıl lobya
1 baş sarımsaq
6stəkan su
Yarım stəkan iri duz
İstəyə görə acı bibər.
Hazırlanması:
Əvvəlcə yaşıl lobyaların qılçıqlarını və saplarını təmizləyib, soyuq su ilə yuyun. Daha sonra dərin bir qazanın içərisinə su tökün. Qazanın içərisində lobyaları bir buğum qaynadın.
İçliyini hazırlamaq üçün sarımsaqları, acı bibəri və duzu yaxşıca əzib qarışdırın. Qaynatmış olduğunuz lobyaları, içliyə batırıb şüşə balona yığın. Daha sonra növbəli şəkildə balona bir qat lobya, bir az içlik qoyun. Bu prosesi balon dolana qədər davam etdirin.
15 gün gözlədikdən sonra turşunuzu yeyə bilərsiniz.
Qeyd edək ki, hazırladığınız bu turşu sağlamlıq baxımından da çox faydalıdır.
— Yaşıl lobya turşusunun yeməklərlə bərabər lazımi miqdarda istifadəsi prekanseroz poliplərinin qarşısını almaqda faydalıdır. Lobya turşusu yüksək lif tərkibi sayəsində həzmi asanlaşdırır. Bu halda da bağırsaq hərəkətlərini dəstəkləyir. Bağırsaq hərəkətlərini qaydaya qoyaraq, qarşıda yarana biləcək bağırsaq xərçənginin də qarşısını almış olursunuz.
— Yaşıl lobya yüksək miqdarda A və K vitamini tərkibi sayəsində sümük xəstəliklərində kömək edir.
— Yaşıl lobyada həzm sistemini gücləndirən antioksidantlar var. Antioksidantlar orqanizm üçün faydalı birləşmələrdir. Bu birləşmələr təhlükəli sərbəst radikalları orqanizmdən atır və xəstəliyə tutulmadan öncə bədəndən təmizləyir. Yaşıl lobya ayrıca flavonoid və karotenoid baxımından da zəngin bir qaynaqdır.