İdeal xəmir üçün incə məqamlar

İdeal xəmir üçün incə məqamlar

Tortun xəmirinin yaxşı olması üçün ona qatılan unun 1 qaşığını kartof unu (kraxmal) ilə əvəz edin. Bu zaman sizin tortunuzun biskviti daha yumşaq və dadlı olacaq. Bu qayda ilə bişən xəmir 2-3 gün saxlanılsa da xarab olmur.

Tort üçün bişiriləcək xəmirin ununu bir-neçə dəfə ələyin. Bu zaman un oksigenləşəcək və biskvitiniz daha da havalı olacaq.

Çorək və biskvit xəmirinin yaxşı olması, uzun müddət qalması və xarab olmaması üçün onların ununa az miqdar mannı əlavə edin.

Şirniyyatlarınızın xəmirinin yaxşı olmasını istəyirsinizsə, o zaman onlar qatdığınız südün bir hissəsini mineral su ilə əvəz edin. 

Xəmiri saxladığınız otağın pəncərələrini 2 tərəfli açıq saxlamayın.

Xəmiri soyuq havalarda pəncərə və ya soyuducu yanında saxlamayın.

Mayalı xəmir yoğuracaqsınızsa o zaman suyun temperaturunu 30-35*-dən aşağı etməyin. Çünki, aşağı tempraturda maya öz keyfiyyətini itirir. 8. Xəmir yoğurmağa başladığınız zaman əllərinizi una quru halda toxundurun.

Xəmiri sobaya qoyduqdan sonra ilk 20-30 dəqiqə ərzində sobanın qapısını açmayın, çünki xəmir şişməz.

Piroq bişirərkən onu zəif temperaturda bişirin, bu zaman piroq daha dadlı olar.

Piroq xəmirinə ərinməmiş yağ qatdıqda daha təravətli olur.

Piroq bişirərkən su əvəzinə süd və az miqdarda portağal və ya limon qabığı əlavə edin.

Mayalı xəmir yoğurarkən əvvəlcə mayanın təzə olmasına əmin olun. Bu sizin xəmirinizin daha da yaxşı şişməsinə səbəb olacaq.

Çörək xəmiri yoğurarkən ona az miqdar şəkər tozu əlavə eləmək xəmirin dadlı olmasına səbəb olur.

Xəmirin dadlı olması üçün ona qatılacaq xamanı və ya yağı ən sonda əlavə etmək lazımdır. 16. Biskivit və tort xəmirinin daha çox havalı olması üçün ona yanlız yumuyrta sarısı qatın.

Piroq və ya biskvit bişirərkən xəmiriniz nə qədər nazik olarsa, bir o qədər dadlı olar.

Piroqun tez qurumamsı üçün onu sobadan çıxarıb soyumağa qoyduqda altına kraxmal səpin.

Xəmiri açıq pəncərə qabağında qısa müddət ərzində soyutmağa çalışmayın. Xəmir nə qədər gec soyuyarsa, bir o qədər dadlı olar.

Çörək xəmirinin dadlı olması üçün onu sobaya qoyan zaman üstünə süd, yumurta sarısı və ya duru yağ sürün.

Xəmirə sodanı çox qatsanız onun rəngi boğöulacaq və bişəndə ondan soda iyi gələcək.

Xəmiriniz çox yumşaqdırsa o zaman listə adi kağız sərin və bişirin.

Piroq bişirərkən onun xəmirinə kişmiş əlavə etsəniz daha dadlı olar.

Maya ilə yöğrulmuş xəmiri bişirməyə vaxtınız olmayıbsa o zaman xəmiri polietlen paketə büküb soyuq suda saxlaya bilərsiniz.

Yağlı və mayalı xəmiri bir müddət soyuducunun buzluğunda saxlamaq mümkünür.
Top