Lazım olan ərzaqlar:
4 böyük dilim qarpız
1 stəkan qarpız suyu
1 stəkan 
Hindistan qozu və ya şaftalı likörü 
Qarpız məti 
Şəkər tozu
Xırda qarpız dilimləri 
Təzə nanə 
 
Hazırlanma qaydası:
Bir gecə əvvəldən 2 dilim qarpızı kub şəklində doğrayın, ağzı qapaqlı qabda buzluğa qoyun. Digər iki qarpız dilimini blendrda çəkin, nazik süzgəcdən süzün, suyunu və mətini ayırın. Qədəhlərin ağzı yerləşə biləcək böyüklükdə iki kasa götürün. Kasanın birinə qarpızın mətini, digərinə şəkər tozunu tökün. 
Qədəhləri əvvəl qarpızın mətinə batırıb, bir-iki dəfə çevirin. Sonra eyni formada şəkər tozuna batırıb, buzluğa qoyun. Gecə buzluğa qoyduğunuz qarpız dilimlərini likörlə birlikdə blendrdan çəkin. Qarpız suyunu da töküb təkrar blendrdan keçirin. Kokteyl hazırdır. Buzluğa qoyduğunuz qədəhləri kənarlarına toxunmayacaq şəkildə kokteyllə doldurun, xırda qarpız dilimi və təzə nanə ilə bəzəyib servis edin.