Tərkibi:
— 4 ədəd limon
— 2 stəkan şəkər tozu
— 1 stəkan su
Hazırlanması:
Limonları yuyun, ağ hissələri qalacaq şəkildə qabığını nazik bıçaqla soyun. Soyduqdan sonra xırda dilimlərə ayırın. Limonların üzərinə şəkər tozu əlavə edib saxlayın. Limonların su salmasını gözlədiyiniz müddətdə limon qabıqlarının üzərinə qaynar su əlavə edin, 5 dəqiqə sonra suyu süzün.
Bunu 3 dəfə təkrar edin. Daha sonra sulanan limon-şəkər tozu qarışımının üstünə həmin suyu töküb qaynadın. Qaynamağa başlayanda doğradığınız limon qabıqlarını da əlavə edin. Ara-sıra qarışdıraraq, 40 dəqiqə vam odda bişirin. Soyuyandan sonra balona yığıb soyuducuda saxlayın.
Nuş olsun!