Dadlı popkorn

Dadlı popkorn

Duzlu popkorn sevməyən adam az tapılar. Ancaq sağlamlığa mənfi təsirləri səbəbindən qarğıdalını sağlam şəkildə yemək olduqca əhəmiyyətlidir. Çox duzlu və yağda partlamış qarğıdalı çox kalorilidir. Bu isə sağlamlıq baxımından olduqca təhlükəlidir. Lakin popkorndan imtina etməyə ehtiyac yoxdur. Damaq dadınıza layiq ləzzətli və bir o qədər də sağlam popkorn hazırlamaq sizin əlinizdədir.

Günəbaxan yağı əvəzinə hindqozu yağı istifadə edin
Hindqozu yağı istifadə etmək popkornun dadını dəyişmir. Bu yağdan istifadə edərək qarğıdalı partlatsanız, gözəl bir qəlyanaltı edərsiniz.

Şokoladlı partlamış qarğıdalı
Qarğıdalıları patladın. Başqa bir qabda şokoladları əridin. Partlamış və soyumuş qarğıdalıları şokoladların içinə salın və çıxarın. Bunlarla dadlı şirin qəlyanaltı edərsiniz. Üstəlik yalnız 140 kaloridir.

Rəfinə edilmiş duz əvəzinə dəniz və ya qaya duzu
Popkorna ləzzət verən ən əhəmiyyətli faktor duzdur. Rəfinə edilmiş duzlar əvəzinə dəniz və ya qaya duzu istifadə etsəniz, sağlam ara payı yemiş olarsınız.

Ədviyyatlı partlamış qarğıdalı
Popkornu həm də cipsi dadında və sağlam formada yeyə bilərsiniz. Partlatmazdan əvvəl içərisinə keşniş və qırmızı bibər tökün. Beləliklə, içinə duz da qatmağa ehtiyac qalmayacaq.

Toz maya səpin
Toz maya B vitamini anbarıdır. Popkorna qatacağınız bir az toz maya həm duz ehtiyacını qarşılayacaq, həm də sağlam bir qarğıdalı yeməyinizi təmin edəcək.
Top