Tərkibi:
2,5 stəkan un
1 stəkan şəkər tozu
1 stəkan duru yağ
2 ədəd yumurta
3 dolu yemək qaşığı qatıq
1 paket qabartma tozu
1 paket vanil
1 ədəd limonun rəndəsi
1 desert qaşığı limon suyu
500 qram qırmızı ərik
1 yemək qaşığı xaşxaş
Pudra şəkəri
Hazırlanma qaydası:
Yumurta və şəkər tozunu bəmbəyaz bir rəng alana qədər çırpın. Duru yağ, qatıq və limon suyu əlavə edin. Un, qabartma tozu, limon rəndəsi və vanili qarışdırın, birlikdə ələyin. Bu qarışımı yavaş-yavaş duru qarışımın içinə tökün. Qarışdırın. Qatı bir keks xəmiri olacaq.
25 sm-lik qabı yağlayın. Xəmiri içinə tökün, üzərinə dilimlənmiş ərikləri sırayla düzün. Xaşxaşı da üzərinə səpin. 175 dərəcədə sobada bişirin. Sobadan çıxarandan sonra soyumasını gözləyin və üzərinə pudra şəkəri səpin.