Az kalorili meyvəli tort

Az kalorili meyvəli tort

Tərkibi:
200 q şəkərli peçenye
70 q şəkər tozu
4 kivi
2 banan
500 ml yoqurt
70 q şəkər tozu
1 x.q. limon şirəsi
4 ç.q. jelatin
0.5 st. qaynar su

bəzək:
2 kivi
40 q badam yonqarı

Hazırlanması:
Peçenyeni ovuntuq halına gələnədək xırdalayın. Yumşaldılmış yağ qatıb qarışdırın. Kənarı açılan formanın içinə perqament döşəyib peçenye «xəmir»ini içinə tökün. Əlinizlə, yaxud qaşıqla hamarlayın. Soyuducuda ən azı yarım saat saxlayın.

Jelatinin üzərinə 0,5 st. su töküb 25-30 dəqiqə saxlayın. Kivini təmizləyib kubik doğrayın, şəkər tozu və limon şirəsi ilə qarışdırın. Orta itilikli ocağın üzərində 2-3 dəqiqə qızdırın, kivi şirəsini buraxacaq, ocaqdan götürüb soyudun.

Alınan kütləyə jelatinlə yoqurtu əlavə edin. Yaxşıca qarışdırın. Soyuducudakı korju çıxarıb 1-2 doğranmış bananı üzərinə düzün. Yoqurtlu qarışığı əlavə edib hamarlayın. Dondurucuda ən az 6 saat və ya bir gecə saxlayın.

Hazır tortu soyuducudan çıxarıb peqramenti ayırın. Üzərini kivi dilimləri və azca qovrulmuş badam yonqarı ilə bəzəyin. Nuş olsun!
Top