Tərkibi:
Çiyələk – 500 qr.
Vanil – 1 paket
Kakao – 3 x.q.
Süd – 1 litr
Yumurta – 3 ədəd
Un – 3 x.q.
Şəkər – 1.5 stəkan
Hazırlanması:
Süd və yumurtaları orta ölçülü bir qazanda yaxşıca qarışdırın. Un, şəkər, vanil və kakaonu da sıra ilə əlavə edin, orta dərəcəli qaz sobasında tündləşənə və qatılaşana qədər bişirin.
Çiyələkləri dilimləyin və supangleləri tökəcəyiniz kasalara yerləşdirin. Həmin çiyələklərin üzərinə supangleni də əlavə edin. Çiyələk dilimləri ilə bəzəyib servis edin.
Nuş olsun!