İnqridientlər:
Təzə nanə — 250 qr.
Limon — 2 ədəd
Şəkər tozu -1 kq.
Su — 0,5 litr
Hazırlanması:
Nanələr yuyulur, sıxılmadan dəsmalın üzərində suyu süzülür. Sonra yarpaqları ayrılır. Limon qabığı ilə birgə xırda doğranılır. Qazana su alıb, limon və nanəni bura əlavə edin. 15 dəqiqə qaynadıb, oddan götürün.
1 sutka saxlayın. Sonra içindəki nanə limonu götürün, suyu süzün. Nanə limon qarışığının üzərinə şəkər tozu səpib, 10 dəqiqə saxlayın. Sonra süzülmüş suyuna əlavə edib, 2 saat vam odda bişirin. Hazır olanda sterilizə olunmuş bankaya yığıb, qapağı kip bağlayın.