Dietik peçenye

Dietik peçenye

İnqridientlər:
Banan – 2 ədəd
Yulaf lopaları – 1 st.
Kişmiş, darçın, qoz, fındıq və s. – zövqdən asılı olaraq.

Hazırlanması:
Bananların qabığını soyursunuz, bir qaba töküb çəngəllə əzirsiniz. Üzərinə yulaf lopalarını da töküb yaxşıca qarışdırırsınız. Zövdən asılı olaraq, quru meyvə, çərəz, darçın və s. də əlavə edə bilərsiniz.

Kütləni əlinizlə peçenye formasına salın. Perqament kağız sərilmiş və yağlanmış soba listinə düzün, 180 dərəcədə 15-20 dəqiqə bişirin. Olduqca dadlı, cəmi 2 ərzaqdan hazırlanan dietik peçenyeBu peçenyelər həm isti, həm də soyuq halda çox dadlıdır. Həm də dietikdir! Nuş olsun!
Top