Göbələkli toyuq budu

Göbələkli toyuq budu

Ərzaqlar:
Toyuq budu — 8 ədəd
Şampinyon göbələk — 300 qr
Soğan — 3 ədəd
Kök — 1 ədəd
Dəfnə yarpağı — 1 ədəd
Yumru istiot — 3 ədəd
Sarımsaq — 2 diş
Un — 1 x.q
Duru yağ — 2 x.q
Xama — 100 qr
Duz ,istiot

Hazırlanması:
Toyuğun budlarını yuyun, iti bıçaqla kəsib sümüyünü çıxardın. Sümükləri qazana qoyub üzərinə bir az su töküb qaynadın və kəfini yığın. Üzərinə yağ, doğradığınız soğanı, kök ,dəfnə yarpağı, duz ,istiot əlavə edib 15 dəqiqə bişirin. Bişdikdən sonra soyudun. Göbələyi yuyub doğrayın. Qalan soğanları doğrayıb tavada qızardın. Üzərinə doğranmış göbələk, sarımsaq əlavə edib 10 dəqiqə bişirin, sonra odun üzərindən götürüb soyudun. Hazırladığınız içliyi budların içinə yığıb ağzını iplə bağlayın.

Tavaya yağ töküb budları şəkildə gördüyünüz kimi 5 dəqiqə qızardın və saxsı, yaxud şüşə qaba düzün. Xamayla hazırladığınız bulyonu yaxşıca qarışdırın və budların üzərinə yayıb sobada 220 dərəcədə bişirin. Nuş olsun!
Top