Tərkibi:
xəmir:
300 q un
1 ç.q. quru maya
1/2 ç.q. duz
1/4 st. şəkər tozu
1 yumurta
2 x.q. bitki yağı
120 ml isti su
əlavə:
100 q yumşaldılmış kərə yağı
iç:
zövqə görə: gilənar konservi; sürtgəcdən keçirilmiş boranı+şəkər tozu+darçın, alma və s. üzərinə: şəkər pudrası
Xəmir: mikserin qabında un, maya, duz, şəkər tozunu qarışdırın. Digər ərzağı qatıb əvvəl qaşıqla, sonra isə xəmir üçün olan ucluqla mikserlə 10 dəqiqə çalın. Xəmir yumşaq və yapışmayan olmalıdır.
Xəmiri yağlanmış qaba qoyub üzərinə qida plyonkası çəkin, həcmi iki dəfə artanacan isti yerdə saxlayın.
Formanın içinə perqament döşəyin. Gəlmiş xəmiri 4 yerə bölün. Masanın üzərinə kərə yağı çəkin. Bir hissə xəmiri götürüb yağın üzərinə qoyun, əlinizlə 27x38 sm ölçüdə dartıb açın. Üzərinə bol kərə yağı sürtün. Uzun tərəfinə iç qoyub rulet kimi bükün. Sonra bu ruleti ilbiz kimi spiral bükün. Bulkanı hazırladığınız formaya qoyun, üzərinə yağ çəkin. Xəmirin qalanını da eyni cür hazırlayın.
İçində çiy bulkalar olan formanı isti yerdə 30-40 dəqiqə saxlayın. 180 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin. Hazır bulkaların üzərinə şəkər pudrası səpin, şəbəkənin üzərində soyudun.
Nuş olsun!