Tərkibi:
Korjlar üçün:
2,5 stəkan un
200 qr kərə yağı
2 yumurta sarısı
yarım stəkan xama
¼ stəkan şəkər tozu
1 paket vanil (1 ç/q)
yarım çay qaşığı soda
1 çimdik duz
İçlik üçün:
3 yumurta ağı
1,5 stəkan şəkər tozu
1,5 stəkan xırdalanmış qoz
Üzəri üçün:
1 yumurta sarısı
1 çay qaşığı zeytun yağı
qoz
Hazırlanması:
Yumurtaların ağını sarısından ayırın. Şəkır tozu və yumurta sarısını bir qabda mikserlə ağaranadək çırpın. Stəkanda xama ilə sodanı və duzu qarışdırın. Unu dəzgaha ələyin, üzərinə vanil əlavə edin. Kərə yağını da rəndənin iri gözündən keçirib, unun üzərinə tökün. Unun üzərinə xama qarışığını və çalınmış yumurta sarısını da əlavə edin. Bıçaqla döyərək bütün inqrediyentləti qarışdırın. Yoğurduğunuz xəmiri 2 yerə bölüb kündələyin. Üzərinə sellofan keçirib, 1 saatlıq soyuducuya qoyun. İçliyi üçün yumurta ağını şəkər tozuyla həcmi artanadək mikserlə çırpın.
Qozları xırda doğrayın (paxlavanı yeyəndə hiss olunmalıdır). Yumurta ağı ilə qozu qarışdırın. Kündənin birini 0,5 sm qalınlığında yayıb unlanmış dairəvi soba sinisinə qoyun. Xəmirin üzərinə içliyi yayın. 2 ci kündəni də eyni ölçüdə yayıb unlayın. İçliyin üzərindən 2 ci xəmiri qoyun. Üzəri üçün yumurta sarısını zeytun yağı ilə qarışdırıb, üst korjun üzərinə yaxın. Yağ paxlavanın üzərinə parlaqlıq verəcək. Korjun üzərini romb şəklində kəsin (çox dərinə enmədən), hər dilimin üzərinə qoz ləpəsi düzün. 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə üzəri qızılı rəng olanadək bişirin.
Bişmiş paxlavanı sobadan çıxarıb,soyudun. Soyuyan paxlavanı sinidə rombların üzərindən kəsib, süfrəyə verin. Nuş olsun!