Şampinyon peçenyesi

Şampinyon peçenyesi

Tərkibi:
460 q un
200 q kərə yağı
150 q şəkər pudrası
1 ç.q. vanilli şəkər tozu
2 yumurta
40 q nişasta
10 q qabartma tozu
1 x.q. kakao

Hazırlanması:
Yumşaq kərə yağını şəkər pudrası və vanilli şəkər tozu ilə çalın (mikser gərək deyil). Qarışdıraraq bir-bir yumurtaları əlavə edin. Un, nişasta və qabartma tozunu əlavə edin. Yoğurub üzərinə dəsmal, ya da plyonka çəkin, soyuducuda 30 dəqiqə saxlayın. Xəmiri 46-48 kündəyə bölün.

Perqament döşənmiş siniyə düzün. Uyğun ölçülü borunun bir tərəfini kakao tozuna batırıb hər kürənin ortasına batırın (göbələyin «kötüyü» üçün). 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Soyutduqdan sonra süfrəyə verin. Nuş olsun!
Top