Tərkibi:
1 st. adi şəkər tozu
0.5 st. qəhvəyi şəkər tozu
0.5 st. bitki yağı
2 yumurta
1 st. boranı püresi, yaxud sürtgəcdən keçirilmiş boranı
1 3/4 st. un
1 ç.q. soda
1ç.q. duz
1/4 ç.q. üyüdülmüş mixək
3/4 ç.q. darçın
1/2 ç.q. ətirli (ağ) istiot
1/2 ç.q. üyüdülmüş muskat cevizi
1/3 st. su
0.5 st. kokos yonqarı
1/4 st. xırdalanmış qoz (fıstıq, araxis və s.)
Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. Keks üçün formanı yağlayın. Şəkər tozunun hər iki növünü qarışdırın, yumurta, yağ əlavə edib çalın. Qarışdıraraq boranı püresi, ardınca un, duz, soda, ədviyyat, ən sonda isə su qatıb eynicinsli kütlə alınanadək qarışdırın. Kokosla qozu da qatıb xəmiri formaya tökün. 1 saat bişirin. Hazır olub-olmadığını taxta çöp ilə yoxlayın. Nuş olsun!