Tərkibi:
1 st. buğda yarması
2 pomidor
2 alma
2 şirin bibər
1 diş sarımsaq
3 x.q. zeytun yağı
göyərti
duz
2 x.q. limon şirəsi
Hazırlanması:
Yarmanı 1 saat soyuq suda isladın, sonra isə dərin qaba yığın. Almanı, bibəri və pomidorları yuyub doğrayın, yarma ilə qarışdırın. Sarımsaqla göyərtini xırdalayıb bitki yağı və limon şirəsi ilə qarışdırın, duz-istiot vurun. Salatın üzərinə gəzdirib 50 dəqiqə soyuducuda saxlayın. Nuş olsun!