Tərkibi:
1 kq mal əti
4 qabığı soyulmuş pomidor
3 bolqar bibəri
kartof
1 acı istiot
4 baş soğan
2-3 yerkökü
tomat sousunda lobya
yağ
bulyon və ya su
paprika
duz
qara istiot
cəfəri
sarımsaq
Hazırlanması:
Yağı qızdırın, 2 x.q. paprika və xırda doğranmış soğanı əlavə edib qovurun. Doğranmış əti əlavə edib qızardın. Doğranmış yerkökü əlavə edin. Bir qədər qovrulduqdan sonra digər ərzağı qatın: bibər, lobya, pomidor. Qarışdırıb azca duz vurun. Üstünə çıxacaq qədər bulyon tökün. Qulyaş kimi qatı olmalıdır. Acı istiotu da qazana atıb qapağını örtün, ocağı azaldın. Kartofu təmizləyib iri doğrayın. 40-60 dəqiqə sonra kartofu əlavə edin, yenə bulyon tökün, duzunu yoxlayın, qapağını örtün. Kartof bişdikdən sonra sarımsaq və cəfərini əlavə edin. Nuş olsun!