Yaxşı kofeni evdə düzəltmək elə də çətin deyil. Kofebişirən, espresso-maşın, “french-press” kimi kofe hazırlayan maşın varsa evdə kafelərdəki kimi ətirli, dadlı kofeniz hazırdır demək. Dadlı kofe haqqında müxtəlif sirlər var ki, ən vacibləri haqqında bu yazıda tanış ola bilərsiniz.
Sirr 1 – üyütmək
Hazırlanma metodundan asılı olaraq kofeni fərqli şəkildə üyütmək lazımdır. Belə ki, espresso-maşın üçün kofe incə olmalıdır, dəmlənməsi 18-23 saniyə çəkir, “french-press”də isə kofelər böyük olmalıdır və isti suda onlar 4 dəqiqəyə həll olunur.
Sirr 2 – su
Kofe düzəldərkən suya diqqət etmək lazımdır. Onun dadlı alınması üçün su ya filterdən keçmə ya da təbii olmalıdır.
Sirr 3 – nisbət
Su və kofenin nisbəti uyğun olmalıdır. Misal üçün, “french-press” maşında bişən kofedə 10 qram üyüdülmüş kofe üçün hər dəfə 180 ml su lazım olur.
Sirr 4 – suyun istiliyi
Suyun qaynama istiliyi 90 ilə 96 dərəcə arasında olmalıdır. Ki bu da, ideal kofe adı üçün yetərlidir.
Sirr 5 – kofenin təzəliyi
Ləzzətli kofe sadəcə yeni dənələrdən hazırlana bilər. Zəngin dad üçün kofeni ağzı qapaqlı qeyri-şəffaf qabda saxlamalı, paket kofeləri isə 1 həftə boyunca istifadə etməkdə fayda var.
Sirr 6 – qab
Kofeni çox dadlı etmək üçün onu sadəcə “french – press” kofe maşınında bişir.